Astarada bıçaqlanma hadisəsi baş verib.
Viral.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, insident səhər saatlarında rayonun Şiyəkəran kəndində qeydə alınıb.
52 yaşlı Elsevər Tağıyev həmkəndlisi 1984-cü il təvəllüdlü Fərrux Axundova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.
Son Yazılar:
- Astarada kişi həmkəndlisini BIÇAQLADI
- Rusiya şirkəti AZAL-ın təyyarəsinə görə sığorta ödənişi ETDİ
- İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə BİLƏR
F.Axundov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Sözügedən şəxslərin iş yerində dava etdikləri bildirilir.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Elsevər Tağıyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma aparılır.