EN

Bu ərazilərdən quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub

Bakı. Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmiməlumatlarına əsasən, Şimali İrlandiyanın Orta Olster bölgəsində,Amerika Birləşmiş Ştatlarının isə Pensilvaniya və Koloradoştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan QidaTəhlükəsizliyi Agentliyi (AQTA)məlumat yayıb.

Bildirilib ki, Respublika ərazisinin bu yoluxucu xəstəlikdənqorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərəalınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olanməsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiyayumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olanquş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ətməhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin, quşlarınsaxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqlarınidxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıqMəcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

"Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün AzərbaycanRespublikasının Dövlət Gömrük Komitəsinə müraciət ünvanlanıb",-deyə məlumatda qeyd edilib.

Chosen
12
26
az.trend.az

10Sources