EN

44 mindən çox suriyalı könüllü olaraq vətənlərinə qayıdıb - İordaniya

BAKI, TurkicWorld

İordaniya daxili işlər naziri Mazen əl-Faraya ölkədə yaşayan 44 mindən çox suriyalının könüllü şəkildə vətənlərinə qayıtdığını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, əl-Faraya çərşənbə günü ötən ilin sonunda prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriya vətəndaşlarının geri dönüş prosesinin sürətləndiyini bildirib.

İordaniya rəsmisi Suriya ilə Cabir sərhəd qapısına baş çəkdikdən sonra sosial media hesabında paylaşım edərək, sərhəd keçid məntəqələrinin yaxşılaşdırılması üçün bu il 3,7 milyon dinar ayrıldığını açıqlayıb.

"Sərhəd keçid məntəqələrində və sərhəd qapısında bəzi logistika xidmətlərini gücləndirmək üçün 3,7 milyon dinarlıq investisiya ayrılıb." - deyə o bildirib.

Məlumata görə, ötən ay da təxminən 35 min suriyalı İordaniyanı könüllü olaraq tərk edib.

Chosen
35
turkic.world

1Sources