Bakı. Trend:
2025-ci ildə də mikro və kiçik sahibkarlıq subyektlərininölkəmizdə və xaricdə təşkil olunacaq ixtisaslaşmış sərgi vəyarmarkalarda iştirakına dəstək davam etdiriləcəkdir.
Sərgi və yarmarkalar barədə sahibkarlar əvvəlcədən Kiçik və OrtaBiznesin İnkişafı Agentliyinin (KOBİA) saytı, sosial mediahesabları və KİV vasitəsilə məlumatlandırılacaq. Həmçinin, bu ilinmart ayından başlayaraq Binəqədi rayonunun ərazisində hər həftəsonu“KOB bazar” satış yarmarkası təşkil olunacaqdır.
KOBİA tərəfindən təmin edilən KOB subyektlərinin satışimkanlarının genişləndirilməsinə dəstək mexanizmlərindən 2024-cüildə 550 mikro, kiçik və orta biznes subyekti yararlanıb. Belə ki,60-a yaxın KOB subyektinin Azərbaycanda və xarici ölkələrdəkeçirilən 11 sərgidə (4-ü yerli və 7-si xarici ölkələrdə olmaqla)ödənişsiz olaraq iştirakı təmin edilib. Mikro və kiçiksahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması vəsatışına dəstək məqsədilə 10 “KOB Fest” sərgi-satış yarmarkasıkeçirilib. Bakı, Göygöl, Şəki, Gəncə, Masallı, Naxçıvan, Zaqatala,Xaçmaz, Göyçay və Zəngilanda təşkil edilmiş yarmarkalarda 471sahibkar məhsul və xidmətlərini təqdim edib və satışını həyatakeçirib.
Mikro və kiçik sahibkarların istehsal etdiyi məhsulların iriticarət şəbəkələrində satışına dəstək mexanizmi çərçivəsində isəonlar üçün ayrılmış 8 satış nöqtəsində 20-dən çox KOB subyektinınməhsullarının satışı həyata keçirilib.
KOB subyektləri satış imkanlarını genişləndirmək məqsədilədövlətin dəstək mexanizmlərindən faydalanmaq üçün KOBİA-ya müraciətedə bilərlər.