EN

Kanada ABŞ-ni hədələdi: "Hazırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ Prezidenti Donald Tramp martın 4-də Ottavaya idxal rüsumları tətbiq edərsə, Kanada proporsional şəkildə cavab verəcək.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu sözləri Kanadanın Baş naziri Castin Trüdo deyib.
"Əgər rüsumlar tətbiq olunarsa, o zaman biz ötən dəfə olduğu kimi, qəti, birmənalı və proporsional cavab verməyə hazırıq", - deyə o bildirib.
Öz növbəsində ölkənin xarici işlər naziri Melani Coli də bəyan edib ki, martın 4-də Vaşinqton Kanada mallarına rüsum tətbiq edəcəyi təqdirdə, Kanada ABŞ-yə qarşı 155 milyard Kanada dolları (107.4 milyard dollar) məbləğində cavab rüsumları tətbiq etməyə hazırdır.
"Biz 155 milyard Kanada dolları məbləğində tariflərlə cavab verməyə hazır olacağıq. Əgər ABŞ öz ticarət müharibəsinə başlamaq qərarına gələrsə, o zaman biz də hazır olacağıq", - deyə o qeyd edib.
Chosen
15
oxu.az

1Sources