EN

Nadir İsrafilov: "Elə xatirələr var ki, xatırladılması yaddaş üçün vacibdir..."

Mən də fərəhlənirəm ki, çağdaş təhsilimiz üçün nəsə bir işə yaramışam...Bu açıqlamanı TehsilForumu.Az-a müsahibə verən tanınmış təhsil üzrə ekspert Nadir İsrafilov ​verib.​​​N.İsrafilov bildirir ki, yetişməkdə olan nəsli ən qədim zamanlardan başlayaraq, bizim günlərədək cəmiyyətin inkişafı haqqında möhkəm biliklərlə silahlandırmaq, faktiki materialın seçilməsi və ümumiləşdirilməsi əsasında ictimai inkişaf qanunauyğunluqlarının elmi anlaşılmasının onların başa düşdüyü formada çatdırmaq, dünyəvi proseslərdə doğma Vətəninin yerini və rolunu xüsusi vurğulamaqla yeniyetmə və gəncləri milli ruhda tərbiyələndirmək tarix fənninin məqsədi və bu fənni tədris edənlərin əsas və ümdə vəzifələrindən biridir.Yəqin, bəlkə də çoxları bilmir ki, uzun illər Azərbaycan tarixi yalnız epizodik formada SSRİ tarxi kursunun tərkibində, hər müəyyən bölmənin sonunda doğma tariximizə cəmi 1 dərs saatı ayrılmaqla tədris olunmuş, ayrı-ayrı dövrlərin qədim və zəngin səlnaməsi əslində diqqətdən kənarda saxlanılmışdır. Yalnız 80-ci illərin əvvəllərindən başlayaraq respublika tarixinin öyrənilməsi üçün ayrılmış saatların miqdarına müvafiq olaraq respublika tarixi üzrə proqram materialının həcmi və məzmununun qaydaya salınması, SSRİ tarixi və ümumi tarix kurslarını keçərkən qazanılan bilikləri öz respublikamızın materialları əsasında konkretləşdirmək istiqamətində ilk cəsarətli addımlar atılmışdı. Təhsil nazirliyində mütəxəssislərin iştiraki ilə müzakirələrdən və təsdiq olunduqdan sonra, V-XI siniflər üçün nəzərdə tutulan ilk ayrıca hazırlanmış Azərbaycan tarixi üzrə proqrama əsasən "Azərbaycan tarixi" artıq "SSRİ tarixi" kursunun tərkibində deyil, müstəqil fənn kimi tədris planına salınır və bu fəndən attestata ayrıca qiymət yazılırdı. Yalnız 1986-cı ildə işıq üzü görən yeni "Tarix proqramı"nın tətbiqindən sonra Ümumtəhsil 11 illik məktəblərdə tarixin öyrənilməsinə həftədə 20 saat, ildə 678 saatayrıldı. Vətən tarixi və Ümumi tarixin müstəqil kurslarının xətti prinsip əsasında tədrisi nəzərdə tutuldu.TehsilForumu.Az

Chosen
71
1
tehsilforumu.az

2Sources