Bu ifadələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Armenpress" informasiya agentliyi üçün yazdığıməqalədəndir.O diqqətə çatdırıb ki, Azərbaycandan nəqliyyat vasitələrinin Ermənistandan"Marqara"sərhəd-keçid məntəqəsi vasitəilə Türkiyəyə keçməsi də mümkündür.
"Ermənistan nəqliyyatın tam surətdə mühafizəsini öz öhdəsinə götürür. Əgər Azərbaycan tərəfi psixoloji səbəblərə görə birbaşa səfərdən çəkinərsə, daşımaları Türkiyənin və ya digər ölkələrin ərazimizdən mütəmadi şəkildə keçən nəqliyyat vasitələri ilə də yerinə yetirə bilər", - məqalədə vurğulanır.
Paşinyan vurğulayıb ki, Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır.
"Hələ 2022-ci ildə hökumət Ermənistan-Azərbaycan sərhədində üç sərhəd-keçid məntəqəsinin açılması barədə qərar layihəsini açıqlayıb. Bu layihə Azərbaycanın yük və minik avtomobillərinin Ermənistan ərazisindən Naxçıvana və Türkiyəyə keçmə imkanını nəzərdə tutur",- o bildirib.
Firudin Həmidli
AzVision.az