EN

Afra Şeymanın keçmiş əri ilə sevgilidir – FOTO

Türkiyənin məşhur "Yalı Çapkını" serialının baş rol ifaçısı Afra Saraçoğlunun fenomen Şeyma Subaşının keçmiş əri, misirli iş adamı Məhəmməd Əlsaloussi ilə eşq yaşadığı iddia edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Takvim” məlumat yayıb.

Sosial şəbəkədə tanış olduqları deyilən ikilinin qısa müddət sonra Yunanıstanın paytaxtı Afinada bir araya gəldiyi iddia edilib.

Bu görüş onların münasibətlərinin konkret sübutu kimi göstərilsə də, tərəflər hələlik məsələ ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, daha əvvəl "Yalı Çapkını" serialında tərəf müqabili Mert Ramazan Demirlə sevgili olan Afra Saraçoğlu birdən-birə münasibətlərinə son qoyub və yayılan eşq şayiələrini təkzib edib.







Bizim.Media

Chosen
38
bizim.media

1Sources