Bakı, 4 mart, AZƏRTAC
Qazaxıstan Tengiz yatağının genişləndirilməsi layihəsinə 500 milyon dollardan çox investisiya qoyacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kazinform agentliyi məlumat yayıb. Bildirilib ki, 2025-ci il üçün neft emalı planı 17,6 milyon ton, neft məhsullarının istehsalı isə 14,6 milyon ton səviyyəsində proqnozlaşdırılır.
2025-ci ildə Qazaxıstan 96,2 milyon ton neft və qaz kondensatı hasil etməyi planlaşdırır ki, bu da əvvəlki illə müqayisədə 9,7 faiz çoxdur.