EN

Səfərbərlik Xidməti 730 minlik geyim alır

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi geyim forması və ləvazimat alınmasına 733 311 AZN xərcləyəcək.

Pravda.az-ın xəbərinə görə, qurum “Tekstil Təminat MH” MMC ilə müqavilə bağlayıb. Alınacaq geyim formalarına furajkalar, papaqlar, gödəkçələr və s. daxildir.

Dövlət Xidmətinin bu istiqamətdə olan tenderlərini “Tekstil Təminat MH” qazanır.

Qeyd: Nizamnamə kapitalı 505 AZN olan MMC-nin qanuni təmsilçisi Rəfail Akim oğlu Hacıyevdir.

 

Bizi sosial şəbəkələrdə izləyin

YouTubeFacebookTikTokTelegramInstagram
Chosen
47
2
azpost.info

3Sources