EN

Nazir Bolat fevral ayının ixracat rəqəmlərini açıqlayıb

BAKI, TurkicWorld

Türkiyənin ticarət naziri Ömər Bolat fevral ayı üzrə xarici ticarət məlumatlarını açıqlayıaraq bildirib ki, ixracat fevral ayında 1,5% azalaraq 20,8 milyard dollara çatıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazir Bolatın təqdim etdiyi statistikaya görə, 2025-ci ilin fevral ayında idxal 28,9 milyard dollar olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard dollarlıq (3,8%) artım deməkdir.

Fevral ayında Türkiyənin xarici ticarət kəsiri 8,2 milyard dollar təşkil edib, bu da 20,5% artım deməkdir. Bu artım əsasən təbii qaz və qızıl idxalındakı artımla bağlıdır. İlk iki ayda təbii qaz idxalı 1,55 milyard dollar, qızıl idxalı isə 1 milyard dollar artıb.

Bolat vurğulayıb ki, ölkədə qızıl və təbii qaz hasilatı artdığı zaman xarici ticarət kəsirinin azalması gözlənilir.

Nazir, fevral ayının ötən illə müqayisədə bir gün qısa olduğunu və bu səbəbdən 900 milyon dollar itki yaşandığını bildirib.

"Fevralda ixracatımız keçən illə müqayisədə 314 milyon dollar azaldı ki, bu da 1,5%-lik eniş deməkdir." - deyə o bildirib.

Bolat əlavə edib ki, mart ayında bayram səbəbilə çətinliklər ola bilər, lakin aprel ayında bayram olmaması ticarət baxımından üstünlük yaradacaq.

Türkiyə iqtisadiyyatı və inflyasiya göstəricilərinə görə, işsizlik 2025-ci ilin yanvar ayında 8,4%-ə enib. Bu, 2013-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
İnflyasiya 40%-in altına düşərək 39,05% olub. Xüsusilə ərzaq və alkoqolsuz içkilər sektorunda aparılan yoxlamalar inflyasiyanı aşağı salmağa kömək edib.

Bolat ABŞ-ın Çin, Kanada və Meksika üçün gömrük tariflərini artırmasını və Avropa İttifaqına polad və alüminium məhsulları üçün əlavə 25% gömrük rüsumu tətbiq etməsini də vurğulayıb.

Chosen
31
turkic.world

1Sources