EN

44 və 60 yaşlarında insanlar daha tez qocalır


BEYNƏLXALQ ARAŞDIRMA
44 və 60 yaşlarında insanlar daha tez qocalır. Beynəlxalq alimlər qrupunun apardığı araşdırma göstərib ki, insan həyatında 2 əsas yaş dövrü var ki, bu dövrlərdə qocalma prosesi əhəmiyyətli dərəcədə sürətlənir.
Tədqiqatçılar aşkar edib ki, orqanizm kəskin molekulyar dəyişikliklərə məruz qalır, bunlardan birincisi 44 yaşında, ikincisi isə 60 yaşında baş verir. Bu dövrlərdə zülalların, lipidlərin, ribonuklein turşusunun və mikrobionun tərkibində yenidənqurma prosesləri baş verir. Tədqiqatın nəticələri “Nature Aging” jurnalında qeyd olunub.
Alimlərin nəticələri 108 könüllü üzərində uzunmüddətli müşahidələrə əsaslanır. Onların məlumatına görə, 44 yaşında lipidlərin, kofeinin və alkoqolun metabolizmasında əhəmiyyətli dəyişikliklər baş verir, eyni zamanda ürək-damar xəstəlikləri, dəri və əzələlərin funksiyasında pozulmalar riski artır. 60 yaşında isə dəyişikliklər karbohidrat mübadiləsi, immun sistem, böyrəklər üzərində təsir göstərir və ürək xəstəliklərinin ehtimalını daha da artırır.
Qeyd etmək lazımdır ki, bu proseslər həm kişilərdə, həm də qadınlarda müşahidə olunub.

Chosen
34
medicalmedia.az

1Sources