EN

İsrail Türkiyəyə qarşı ABŞ-dan təminat, Rusiyadan dəstək istəyir

İsrail

İsrail mediası rəsmi Təl-Əvivin Türkiyənin Suriya məsələsindən narahat olduğunu və iki ölkədən yardım istədiyini iddia edir.

Reyting.az
xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və ukraynalı həmkarı Vladimir Zelenski arasında gərginlik görünməmiş səviyyəyə yüksəldikcə, İsrail öz strateji tərəfdaşlığını yenidən qiymətləndirir.

“Hayom” qəzeti İsrailin Türkiyənin Suriyadakı təsirinə qarşı ABŞ-dan təminat istədiyini yazıb.

Türkiyənin Suriyada üç hərbi baza qurmağı planlaşdırdığı iddia olunur. Rəsmi Təl-Əviv isə Türkiyənin Suriyada hərbi baza qurmaması və İsrail əleyhinə siyasətini inkişaf etdirməməsi üçün ABŞ-dan təminat almağa çalışır.

Qeyd edək ki, Əsəd rejimi devrildikdən sonra İsrailin “Türk ordusu Suriyada birbaşa iştirak edəcəyi bir dövrə hazırlaşırdı”,- iddiaları da prezident Rəcəb Tayyib Ərdoğanın sözləri ilə birlikdə xəbərlərdə yer alıb.

“Ynet”in məlumatına görə, Netanyahu bu yaxınlarda öz hərbi katibi general-mayor Roman Qofmanı İsrailin strateji maraqlarını qorumaqla əməkdaşlığı gücləndirmək məqsədi daşıyan bir sıra təhlükəsizlik və diplomatik görüşlər üçün Moskvaya göndərib. Moskva görüşünün əsas məqsədlərindən biri Rusiyanı vasitəçilər vasitəsilə HƏMAS-a təzyiq göstərməyə və israilli girovların azad edilməsi üçün danışıqlara təşviq etməkdir. İsrail də Əsəddən sonra Suriyada düşmən aktorların artmasından çox narahatdır. Netanyahu artıq təzyiqləri artırıb və açıq şəkildə Suriyanın cənubunun silahsızlaşdırılmasını tələb edib.

Bildirilir ki, prezident Ərdoğan Suriya lideri Əhməd Şaraanı qəbul edəcək. İki lider arasında keçiriləcək görüşdə Türkiyə hərbi bazalarının yaradılması, Suriyanın yenidən qurulan silahlı qüvvələrinin təlimi və ölkənin hava məkanının təhlükəsizliyinin təmin edilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir. İsrail bu hadisələri birbaşa təhdid kimi görür və Rusiyanın Suriyadakı üstünlüyünü Türkiyənin təsirindən üstün tutaraq onların qarşısını almağa çalışır.

ELÇİN
Chosen
20
31
reyting.az

10Sources