Sea Breeze

Dünya Alpaqut Federasiyası və “Emedia” Group arasında strateji əməkdaşlıq dair memorandum imzalandı!

Memorandumu Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova və “EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev imzalayıb.

İkitərəfli əməkdaşlığa əsasən hər iki qurum idman, mədəniyyət və media sahələrində sıx əməkdaşlıq edəcək, Alpaqut döyüş sənətinin daha geniş auditoriyaya tanıdılması üçün birgə fəaliyyət göstərəcək.

Bu əməkdaşlıq nəticəsində Alpaqut döyüş sənətinin ölkəmizdə və beynəlxalq arenada daha geniş tanınmasına töhfə verməklə yanaşı, onun fəlsəfəsinin və dəyərlərinin cəmiyyətə çatdırılmasını hədəfləyir. Bundan əlavə, milli döyüş sənətimizin media vasitəsilə geniş kütləyə təqdim olunması və yeni nəsillərə ötürülməsi əsas prioritetlərdəndir.

Dünya Alpaqut Federasiyasının prezidenti Jalə Əhmədova bildirib ki, əldə olunnan razılığa görə, Alpaqut döyüş sənəti daha geniş kütlələrə çatdırılacaq, yeni nəsillər üçün milli döyüş sənətimizin vacibliyi vurğulanacaq və idman-mədəniyyət sahəsində ölkəmizin nüfuzu daha da artacaq.

“EMEDİA GROUP” media təşkilatının rəhbəri Elşən Əliyev isə qeyd edib ki, Dünya Alpaqut Federasiyası tərəfindən təşkil olunan yarışlar, seminarlar və konfranslar geniş media dəstəyi ilə işıqlandırılacaq. Gənclər və idmançılar üçün xüsusi proqramlar hazırlanacaq, Alpaqut döyüş sənətinin tarixi və dəyərləri daha geniş kütləyə tanıdılacaq. Bununla yanaşı Alpaqut döyüş sənətinin beynəlxalq aləmdə tanınması və xarici media platformalarında yer alması üçün birgə təşəbbüslər həyata keçiriləcək.

ETX
ETX
ETX