2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən növbəti abonement konsertlər keçirilib.
Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.
15 fevral tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupunun konserti keçirilib.
Xormeyster Azərbaycan Respublikasının Əməkdar artisti Naala Baratelianın rəhbərliyi, konsertmeysterlər - Lalə Bağırzadə, Fərdin İlham Məhəmmədzadənin müşayiəti ilə solistlər - Zəminə Ağayeva, Səbinə Əlizadə, Rəşad Həsənov və Fuad Həsənov dinləyicilər qarşısında çıxış edib.
Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
1 mart tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalının səhnəsində "Gənc istedadların konserti" baş tutub.
Proqramda Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib.
Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)