EN

Yozef Blatter: “Mən təqsirkar deyiləm”

FIFA-nın keçmiş prezidenti, 88 yaşlı Yozef Blatter dünən, mart ayının 3-də İsveçrədə məhkəmə qarşısına çıxıb.

Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.

Blatter, İsveçrə federal müddəisinin (prokuror), qurumun keçmiş prezidentinə 2022-ci ildə bəraət verilməsi haqda müvafiq qərardan şikayət etməsindən sonra, saktakarlıq üzrə işdə təqsirkar olmadığını bəyan edib:

“Siz yalan haqda haqda danışanda, yalan və fırıldaq haqda danışanda, bu, mən deyiləm. Belə şeylər mənim bütün ömrüm boyu olmayıb. Mənim ailəmdə əsas olub – biz ancaq o pulları götürürük ki, qazanmışıq. Mən təqsirkar deyiləm”, deyə Blatter vurğulayıb.

Xatırladaq ki, Yozef Blatter və həmçinin UEFA-nın keçmiş prezidenti Mişel Platini dələduzluqda ittiham ediliblər. Məhkəmə, 2011-ci ildə Blatter və Platini tərəfindən 2 milyon isveçrə frankı məbləğində ödənişin təşkili üzrə məqamı baxışdan keçirib, 2022-ci ildə isə hər iki məmur barəsində bəraət hökmü verib.

Chosen
49
arena.az

1Sources