Fatih Terimin baş məşqçilik etdiyi “Əl-Şəbab” klubunda ciddi maliyyə böhranı yaşanır.
İdmanxeber.az-ın məlumatına görə, 3 aydır maaşlarını ala bilməyn oyunçular məşqə çıxmaqdan imtina ediblər. Hətta bəzi klub rəsmilərinin istefa verdikləri açıqlanıb.
Qeyd edək ki, “Əl-Şəbab” hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cıdır. F.Terim ötən ilin dekabr ayından bu komandanı baş məşqçisidir.