ABŞ Prezidenti Trampın bazar günü “strateji kriptovalyuta ehtiyatı” haqqında açıqlamasından sonra, “Bitcoin”in dəyəri sürətlə ucuzlaşıb.

İndex.az xəbər verir ki, planla bağlı narahatlıqlar səbəbilə “Bitcoin” təxminən 10% ucuzlaşaraq 85.000 dollardan aşağı düşüb.

“Coinmarketcap” analiz firmasının məlumatına görə, “Bitcoin” də daxil olmaqla qlobal kriptovalyuta bazarının dəyəri 24 saat ərzində 10%-dən çox azalaraq 2,78 trilyon dollara düşüb.