İtaliyanın baş naziri Giorgia Meloni ölkəsinin Ukraynaya sülhməramlılar göndərməyəcəyini bildirib.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, o, bunu martın 4-də YouTube-da yayımlananRai 1 Secolo -ya müsahibəsində deyib.
"Fransa və Böyük Britaniya tərəfindən irəli sürülən avropalı əsgərlərin göndərilməsi təklifinə gəlincə, bunu həyata keçirmək çox çətin bir şeydir, onun effektivliyinə əmin deyiləm. Məhz buna görə də, bildiyiniz kimi, Ukraynaya italyan əsgərlərini göndərməyəcəyimizi demişik", - o qeyd edib.
Onun sözlərinə görə, müvafiq müzakirələr ona görə yaranıb ki, avropalılar həll yolu axtarışında “faydalı nəsə” etməyə çalışırlar.
Xəbər 3 dəfə oxunub.