EN

Avropa ilə Trampı kim barışdıra bilər?

Böyük Britaniyanın baş naziri Kir Starmer Avropa və ABŞ arasında barışıq üçün "körpü" ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Politico” qəzeti yazır.

Bildirilir ki, həftələrlə davam edən xüsusi hazırlıqdan sonra Starmerin Ağ Evə ilk səfəri rahat keçdi və hətta bəzi dividentlər də gətirdi.

"Starmer indiyədək Ukrayna prezidenti Vladimir Zelenskini açıq şəkildə dəstəkləyib, onu Avropa İttifaqı liderlərinin böyük sammitinə dəvət edib və Birləşmiş Ştatların prezidenti Donald Trampı qəzəbləndirmədən Britaniyanın Ukraynaya dəstəyini artırıb”, – "Politico" qeyd edib.

Chosen
26
publika.az

1Sources