EN

Villalarındakı qanunsuz tikililərə görə prokurorluğa çağırıldı - Foto

Bir müddətdir səhhətindəki narahatlıqları və ailəsi ilə yaşadığı problemləri ilə diqqət mərkəzində olan türkiyəli müğənni, aktyor Özcan Dəniz bu dəfə fərqli məsələ ilə gündəmə gəlib. Belə ki, onun haqqında istintaq başladılıb.

“Qafqazinfo”nun “Haber Global”a istinadən məlumatına görə, belə ki, Sarıyerin Uskumruköy kəndində qorunan əraziyə daxil olan torpaq sahəsində ona məxsus 3 villada sənədsiz və icazəsiz hovuzlar, əlavə qapalı ərazilər və qaraj sahələrinin yaşayış sahəsinə çevrildiyi müəyyən edilib.

Barəsində “tikinti çirklənməsinə səbəb olmaq” və “Mədəni və Təbii Sərvətlərin Mühafizəsi haqqında Qanunu pozma” ittihamları ilə istintaq başladılan sənətçi martın 5-i prokurorluğa çağrılıb. 

Qeyd edək ki, haqqında istintaq başladılan Denizin 3 villasının yerləşdiyi ərazi havadan da görüntülənib.


Chosen
42
2
qafqazinfo.az

3Sources