Bu gün Azərbaycan və Pakistanın Suriyadakı müvəqqəti işlər vəkilləri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycanın Suriyadakı səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov pakistanlı həmkarı Ömər Hayat Xan ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.