EN

Məmmədyarov şirkəti tapana hədiyyə verəcək

"Mənə bağlılığı olan hər hansı şirkəti aşkar etsələr, həmin şirkəti tapan adama bağışlayacağam".
 
Moderator.az bizim.media-ya istinadla xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
 
O, Rusiya XİN rəhbəri Sergey Lavrovla şərikli biznesi barədə iddianı gülüşlə qarşılayıb:
 
"Yazırlarsa, deməli əllərində fakt var. Lap yaxşı, qoy o faktın axırına qədər getsinlər, tapsınlar və qazansınlar. Söz verirəm ki, adıma çıxan şirkəti tapan adama Ramazan hədiyyəsi edəcəyəm".
Chosen
57
3
moderator.az

10Sources