EN

"Bayern Münhen" Boe ilə bağlı qərarını verdi

Bayern Münhen" rəhbərliyi məşqçilər korpusu ilə fikir mübadiləsindən sonra müdafiəçisi Saşa Boe ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az "Sky"a istinadən xəbər verir ki, Almaniya nəhəngi 24 yaşlı futbolçunu heyətdə saxlamaq niyyətində deyil.

2024-cü ilin yanvarında 30 milyon avro qarşılığında "Qalatasaray"dan transfer edilən fransalının müqaviləsinin müddəti 2028-ci ilə qədər nəzərdə tutulsa da, ona anlaşmanın qarşılıqlı razılıq əsasında pozulması təklif ediləcək.

Qeyd edək ki, Boe cari mövsüm münhenlilərin forması ilə 13 matça çıxıb.

Nihat

Chosen
24
43
fanat.az

10Sources