EN

Serbiya parlamentində qarşıdurma:FİŞƏNGLƏR YANDIRILDI, SPİKERƏ SU ATDILAR...

Serbiyada parlamentin iclası zamanı deputatlar arasında qarşıdurma yaşanıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, iclas zamanı müxalif deputatlar zalda dava salaraq fişəng yandırıb, tüstü bombalarından, eləcə də gözyaşardıcı qazdan istifadə ediblər. Arada kimsə spiker Ana Brnabiçin üstünə su da atıb...

 

İnsident qanunverici orqanda ali təhsil və gənclər üçün mənzil kreditləri barədə qanuna düzəlişlərin müzakirəsi çərçivəsində qeydə alınıb. Müzakirələrdən əvvəl müxalif deputatlar dinləmələrdə iştirak etməyəcəklərini və etiraz aksiyası təşkil edəcəklərini bildiriblər. 

 

Qarşıdurma zamanı iki qadın xəsarət alıb. 

 

Onu da qeyd edək ki, buna paralel olaraq parlamentin binası önündə hökumətin istefasını tələb edən tələbələrin etiraz aksiyası keçirilib.





Chosen
9
4
senzor.az

6Sources