EN

Fatih Terimin komandası üsyan edir - Üç aydır, maaşsız qalıblar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ötən ilin sonunda Fatih Terimin çalışdırmağa başladığı "Əş-Şəbab"ın futbolçuları etiraza qalxıblar.
Oxu.Az xəbər verir ki, Terimin yetirmələri üç aydır, maaşlarını ala bilmədiklərinə görə rəhbərliyə qarşı iddia qaldırıblar.
Yerli mətbuatda yayılan məlumata görə, komandada böyük böhran yaşanır və prezident Mohamad Almunajemin jurnalistlərin suallarını cavablandırmaqdan boyun qaçırır.
Digər tərəfdən, prezidentin siyasətindən razı olmayan İdarə Heyətinin bəzi üzvlərinin istefa ərizəsi verdiyi bildirilib.
Qeyd edək ki, "Əş-Şəbab" 23 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 39 xalla 6-cı pillədədir.
Chosen
23
1
oxu.az

2Sources