Sandro Tonalinin yenidən sabiq klubunda oynamaq şansı var.
“Todofichajes” nəşrinin yaydığı xəbərə görə, “Milan” italiyalı futbolçunu yayda sıralarına qaytarmağı planlaşdırır. Tonali bu klubdan 2023-cü ilin yayında “Nyukasl”a satılıb. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
O, bu mövsüm ağ-qara formada 28 oyun keçirib. Sandro 1 qol və məhsuldar ötürmənin müəllifi olub.