EN

Kanada ABŞ-ı elektrik enerjisi tədarükünü kəsməklə hədələyir

Kanadanın Ontario əyalətinin baş naziri Duq Ford Vaşinqtondan gələn tariflərə cavab olaraq ABŞ-a elektrik enerjisi tədarükünü dayandırmaq istəyir. 

Valyuta.az xəbər verir ki, tariflər çərşənbə axşamı, martın 4-dən qüvvəyə minib. Kanada mallarına tariflər 25% təşkil edir.

"Ontarionu məhv etməyə cəhd etsələr, mən hər şeyi edəcəm, o cümlədən üzümdə təbəssümlə onların işığını kəsəcəm", deyə Duq Ford Torontoda keçirdiyi mətbuat konfransında bildirib.

Ontarionun baş naziri daha sonra NBC-yə bildirib ki, Kanadanın cavab tədbirləri ABŞ-a nikel tədarükünün kəsilməsini də əhatə edə bilər. Duq Ford vurğulayıb ki, bu metalın ABŞ-a tədarükünün yarısı Ontariodan gəlir.

Kanadanın baş naziri Castin Trüdo 155 milyard dollara qədər olan Amerika mallarına 25% tarif tətbiq etdiyini açıqlayıb. Baş nazir deyib ki, ABŞ-ın rüsumları ərzaq və digər malların bahalaşmasına səbəb olacaq. Kanada hökuməti bir sıra qeyri-tarif tədbirləri nəzərdən keçirir. Cavab kritik minerallara və enerji təchizatına təsir edə bilər, deyə baş nazir əlavə edib.

Paşa Məmmədli

Chosen
12
24
valyuta.az

10Sources