EN

Rusiyada hərbi hissədən qaçan əli silahlı hərbçi 1 gün sonra saxlanılıb

Rusiyanın Kalininqrad vilayətində əlində silahla hərbi hissədən qaçan hərbçi saxlanılıb.

Herbiand.az bildirir ki, bu barədə “Vkontakte” sosial şəbəkəsində Mamonovski şəhər dairəsinin administrasiyası məlumat yayıb.

O, martın 3-ü axşam saatlarında Mamonovo şəhərindəki hərbi hissəni icazəsiz tərk edib. Fövqəladə hallar xidməti vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüb.

Administrasiya insanları zərurət olmadığı halda evlərini tərk etməməyə çağırıb. Qaçan şəxs martın 4-də tutulub.

Bələdiyyədə əməliyyat-axtarış tədbirləri başa çatıb.

Bəxtiyar CƏFƏRLİ

Chosen
62
herbiand.az

1Sources