Cari mövümün sonuna qədər müddətə “Portu”dan icarə əsasında “Yuventus”da çıxış edən portuqal cinah hücumçusu Fransisko Konseysao zədələnib.
Arena.az bu barədə “Yuventus”un rəsmi saytına isrinadən məlumat verir.
Konseysao əzələ rahatsızlığı hiss edib və dünən, mart ayının 3-də tibbi müayinədən keçirilib.
Futbolçunun dizaltı vətərinin gərildiyi müəyyən edilib. Konseysaonun 10 günə qədər müddətə bərpa olacağı təxmin edilir.
Fransisko Konseysao futbola “Belenenseş”də başlayıb, daha sonra Lissabon “Sportinq”i, “Padroense”, “Portu”nun futbol akademiyalarından keçib. Peşəkar futbola da “Portu”da başlamış hücumçu 2022-ci ildə tamhüquqlu əsasda “Ayaks”a keçib, 2024-cü ildə isə yenidən tamhüquqlu əsasda “əjdhalar”ın düşərgəsinə qayıdıb. Konseysaonun “Portu” ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Yuventus” Konseysaonu 2024-cü ilin avqust ayında 7 milyon avro məbləğ müqabilində icarə müqviləsi əsasında “byankoneri”nin düşərgəsinə qatıb. “Qoca sinyora”nın futbolçunu satınalma hüququ da var.
Cari mövsümdə Konseysao “Yuventus” üçün bütün yarışlarda 29 oyuna çıxıb, 5 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Fransisko Konseysao 2024-cü ilin mart ayında debüt etdiyi Portuqaliya yığmasının heyətində 8 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.
Fransisko Konseysaonun qənimətlər muzeyində “Portu” ilə qazandığı Portuqaliya çempionluğu (2021/2022) və Portuqaliya Kuboku (2022, 2024) var.
“Transfermarkt” internet-portalı 22 yaşlı portuqal sağ cinah hücumçusu Fransisko Konseysaonun transfer dəyərini 36 milyon avro məbləğində qiymətləndirir.