Bakı. Trend:
Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi yükdaşımalarınatəsir edir.
Trend xəbərverir ki, bunu “Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi” QSC-ninsədr müavini Tariyel Mirzəyev Bakıda keçirilən “Orta Dəhliz: Xəzərdənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada bildirib.
“Son illər Xəzər dənizinin liman və kanallarında su dərinliyininazalması müşahidə olunur. Bu bərələrin tam gücü ilə işləməsinəimkan vermir”,- deyə o bildirib.
Onun sözlərinə görə, su səviyyəsinin aşağı düşməsi ilə əlaqədarQazaxıstanın Kurık limanı ilə Bakı arasında “Ro-Pax” tiplibərələrin ötürücülük qabiliyyəti aşağı düşüb.
O eyni zamanda, anoloji situasiyanın Türkmənbaşı limanındayaşandığını, dərinliyin azalmasına görə Bakı-Türkmənbaşı marşrutuüzrə “Ro-Pax” tipli bərələrin ötürücülük qabiliyyətinin azalmasınagətirib çıxardığını diqqətə çatdırıb. Qeyd olunan istiqamətdədəmiryolu sisternlərinin daşınması 37 faiz, daşınan vaqonların sayıisə 19 faiz azalıb.