EN

Avropa nəhəngi 150 milyonluq hücumçuya görə hərəkətə keçdi

PSJ gözlərini "Nyukasl" və İsveçin hücumçu lideri Aleksandr İsaka dikib.

Publika.az xəbər verir ki, bu barədə "SportBible" məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa çempionu genişmiqyaslı mübadilə təşkil etmək istəyir. PSJ İsak üçün qarşı tərəfə üç oyunçusunu təklif etməyə hazırdır. Bunlar cinah yarımmüdafiəçisi Marko Asensio, həmçinin iki hücumçu – Qonsalo Ramos və Randal Kolo Muanidir.

"Nyukasl" isə İsakın satışından 150 milyon avro qazanmaq istəyir. Asensio, Ramos və Kolo Muaninin transfer dəyəri ümumilikdə 100 milyon avro olaraq qiymətləndirilir.

Chosen
61
2
publika.az

3Sources