EN

İsveçrə Aİ-nin Rusiyaya qarşı 16-cı sanksiyalar paketinə qismən qoşulub

İsveçrə Avropa İttifaqının (Aİ) 16-cı sanksiyalar paketi çərçivəsində təsdiq etdiyi bir sıra məhdudlaşdırıcı tədbirləri qəbul edərək, Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin saytında dərc olunmuş məlumatda deyilir.

Sanksiyalar yerli vaxtla saat 22:00-da qüvvəyə minəcək.

Ölkədə 35 şirkət və 48 fiziki şəxsin aktivlərinin və daşınmaz əmlakının dondurulacağı bildirilib. Fiziki şəxslərin İsveçrə ərazisinə daxil olması və ya oradan tranzitlə səyahət etməsi də qadağandır. İsveçrə tərəfinin məlumatına görə, sanksiyalar Rusiya hərbi kompleksinə dəstək göstərən şəxslərə də şamil edilir.

SWIFT sisteminin Rusiya alternativindən - RF Mərkəzi Bankının Maliyyə Mesajlaşma Sistemindən istifadə edən üç bankın əməliyyat aparmasına qadağa qoyulur. Rusiyanın daha 13 bankına isə 2025-ci il martın 17-dən SWIFT sistemindən istifadə qadağan ediləcək.

İsveçrənin yeni məhdudiyyətləri siyahısında Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən üçüncü ölkələrin 74 gəmisi də yer alıb. Ticarət sahəsində daha 53 təşkilatla bağlı sərt ixrac nəzarət tədbirləri tətbiq edilir.

Chosen
36
1
report.az

2Sources