Azərbaycan millisinin yoldaşlıq görüşü üçün daha bir rəqibi müəyyənləşib.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Haiti ilə üz-üzə gələcək.
Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.
Matçın başlama saatı hələlik bəlli deyil.
Millimiz martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoldaşlıq görüşü keçirəcək.