PSJ gözlərini "Nyukasl" və İsveçin hücumçu lideri Aleksandr İsaka dikib.
Bu barədə "SportBible" məlumat yayıb.
Nəşrin məlumatına görə, Fransa çempionu genişmiqyaslı mübadilə təşkil etmək istəyir. PSJ İsak üçün qarşı tərəfə üç oyunçusunu təklif etməyə hazırdır. Bunlar cinah yarımmüdafiəçisi Marko Asensio, həmçinin iki hücumçu – Qonsalo Ramos və Randal Kolo Muanidir.
"Nyukasl" isə İsakın satışından 150 milyon avro qazanmaq istəyir. Asensio, Ramos və Kolo Muaninin transfer dəyəri ümumilikdə 100 milyon avro olaraq qiymətləndirilir.
İsak bu mövsüm bütün turnirlərdə "Nyukasl"ın heyətində 31 oyunda 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir./publika.az