EN

"Global DTC" Orta Dəhliz üçün yeni rəqəmsal platforma işə salıb

Bakı. Trend:

“Global DTC Pte Ltd” şirkəti Orta dəhliz üçün rəqəmsalplatformanın işə salındığını elan edib.

Trend xəbərverir ki, bu barədə “Global DTC Pte Ltd” baş direktorunun müaviniAlua Satılbaldiyeva Mirzəyev Bakıda keçirilən “Orta Dəhliz: Xəzərdənizi vasitəsilə əlaqə” mövzulu dəyirmi masada danışıb.

“Biz Asiya ilə Avropa arasında yük axınının optimallaşdırılmasıməqsədilə ticarət dəhlizi üçün rəqəmsal platforma hazırlamışıq.Platformamızın əsas funksiyalarına birgə ekosistemin yaradılması,elektron gömrük rəsmiləşdirilməsinə dəstək, tarif və sifarişlərinidarə edilməsi modulu, sənədləşmə prosesinin rəqəmsallaşdırılması,eləcə də konteynerlərin izlənməsi və monitorinq sistemi daxildir.Bu gün isə platformamızın istifadəyə verildiyini elan etməkdənməmnunuq. Son illər ərzində onun yaradılması üçün böyük səylərgöstərmişik ki, bütün iştirakçıların inteqrasiyasını təmin edək.İndi platforma Transxəzər marşrutunun bütün iştirakçıları –ekspeditorlar, yük göndərənlər və yük alanlar üçün açıqdır. Onlarsistemə konteynerin nömrəsini daxil etməklə öz yüklərini real vaxtrejimində izləyə biləcəklər. Bu, Qazaxıstan, Azərbaycan vəGürcüstan üzərindən keçən marşrut boyunca yükün dəqiq yerinimüəyyən etməyə imkan verəcək”, – deyə o bildirib.

O əlavə edib ki, bu cür şəffaflıq dərəcəsəinə Qazaxıstan,Azərbaycan və Gürcüstanın dəmir yollarının inteqrasiyası sayəsindənail olunub.

“Ötən həftə biz texniki işləri tamamladıq və hal-hazırda Aktaulimanı ilə inteqrasiyanı yekunlaşdırmağı planlaşdırırıq. Bundansonra istifadəçilər konteynerin cari statusunu və mümkün gecikməsəbəblərini – fırtına və ya digər hallar - biləcəklər. Bu, şübhəsizki, vacib bir yenilikdir. Növbəti addımlar Azərbaycandakı Ələtlimanı ilə inteqrasiya və Gürcüstanın milli liman sistemi iləuzunmüddətli inteqrasiyanı əhatə edir ki, bu da ölkənin bütünterminallarını birləşdirəcək”, – deyə A. Satıbaldiyeva qeydedib.

Chosen
45
az.trend.az

1Sources