EN

Baş məşqçi ilə bağlı qərar verildi - İşdən çıxarmaq niyyətləri varmı?

“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi Enzo Mareska ilə bağlı qərar verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticələrin zəif olmasına baxmayaraq, londonlular italiyalı mütəxəssisi işdən çıxarmaq niyyətində deyillər.

London klubunun rəhbərliyi Mareskaya güvənir və onun uğuruna inanır. 45 yaşlı çalışdırıcı keçən yay “Çelsi”nin baş məşqçisi postuna keçib.

Tərəflər arasında mövcud müqavilə 2029-cu ilin iyunun sonunda başa çatacaq.

Mareskanın komandası İngiltərə Premyer Liqasının 27 turundan sonra turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Onların növbəti oyunu “Lester”ə qarşı olacaq.

Chosen
63
14
sportinfo.az

10Sources