EN

Paytaxt yolları yenə keçilməz oldu

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

News24.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

4. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

7. Tbilisi prospekti, metronun "20 Yanvar" stansiyasından mərkəz istiqamətində;

8. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

9. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən metronun "20 Yanvar" stansiyası istiqamətində;

10. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

11. Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində;

12. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

13. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

14. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

15. "20 Yanvar" dairəsində;

16. Azadlıq prospekti, Salatın Əsgərova küçəsi ilə kəsişmədən Dilarə Əliyeva küçəsi ilə kəsişməyə qədər;

17. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

18. Bakı-Sumqayıt şosesi, metronun "20 Yanvar" metro stansiyası istiqamətində;

19. Babək prospekti, mərkəz istiqamətində;

20. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

21. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

22. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

23. Bülbül prospekti, metronun "Sahil" stansiyasının qarşısında;

24. Niyazi küçəsi, metronun "İçərişəhər" stansiyası istiqamətində sıxlıq müşahidə olunur.

Chosen
11
49
news24.az

10Sources