Xalq artisti: “Ölüm səhnəsində məni gülmək tutdu”
"Gənclik illərimdə mənə bu sualı verəndə deyirdim ki, "Nizami" filmində "Afaq". Çünki bu rolu çox sevmişdim. Onun ölüm səhnəsini göstərəndə mən hər dəfə o hissləri keçirirdim".
Demokrat.az bildirir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu "Söhbət var" verilişində deyib.
Sənətçi illər əvvəl çəkildiyi "Nizami" filmindən danışaraq ekran işində canlandırdığı "Afaq" rolu ilə bağlı xatirələrini dilə gətirib:
"Həmin filmdə "Afaq"ın ölüm səhnəsi asan çəkiməyib. O zaman Müslüm Maqomayev Moskvada idi. O konsertdə idi, filmə gələ bilməmişdi. Povelyonda həmin səhnə çəkilməli idi. Soyuq və şaxtalı hava var idi. Məndə çox nazik bir geyimdə idim. Uzanmışam, Müslüm də yoxdur... Rəhmətlik Volodya Arapov adında film ustadı vardı. O, kök idi. O güləndə birinci qarnı gülürdü. Yırğalanırdı belə... Mənə dedilər ki, hesab et ki, bu "Nizamidir" yəni Müslim Maqomayev dayanıb önündə səndə öl. Məndə öz rolumu əzbərləmişdim. Məndə gözümü açıb Arapovun yırğalanan qarnını görəndə başlayıram gülməyə. Özümü saxlaya bilmirəm. Həm də rejissordan qorxurdum, çünki çox tələbkar idi. Rejissor gördü ki, həmin səhnə alınmır. Dedi ki, Arapov kənara keç, mən özüm dayanacağam. O önümdə dayandı və mən qorxumdan başladım əsməyə. Dedim ki, olarkı mən özüm... Təsəvvür elədim ki, önümdə Müslüm Maqomayev "Nizami" dayanıb və mən o səhnəni elə oynadım. Bu rol mənə ruhən yaxın idi. Amma indi yaşa dolduqca əlbətdə ki, problemlər, ailə, gəlin, gündəlik qayğılar və sairə...