EN

Sərbəst güləşçilərin ölkə birinciliyinə yekun vurulub

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 ölkə birinciliyi davam edir.

Apasport.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə sərbəst güləş üzrə 41, 48, 57, 68 və 85 kq-da qaliblər müəyyənləşib.

Hüseyn Rzazadə (41 kq), Tunar Sultanzadə (48 kq), Muraz Hüseynov (57 kq), Xəyal Şükürlü (68 kq) və Elgün Kərimov (85 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da birincilikdə sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Qeyd edək ki, sabah yunan-Roma güləşi üzrə yarışa start veriləcək.

Yunan-Roma güləşçilərinin Azərbaycan çempionatına yekun vurulub

Sərbəst güləşçilərin Azərbaycan çempionatına yekun vurulub

Güləş üzrə Azərbaycan çempionatına start verilib

Yunan-Roma güləşçilərimiz Xorvatiyada 5 medal qazanıblar

Millimizdən 2 medal

Chosen
40
7
apasport.az

8Sources