Myanmanın baş naziri və Dövlət İnzibati Şurasının sədri general Min Aunq Hlainq
Rusiya prezidenti Vladimir Putini “Rusiyanın kralı” adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə o Putinlə geniştərkibli görüşü zamanı bildirib.
Baş nazir Putinə Myanma kralı ilə Rusiya arasındakı dostluğu təsvir edən 1838-ci ildə nəşr olunan kitabı təqdim edib.
“Mən bildiyimə görə, siz Rusiyada beş-on il deyil, kifayət qədər müddətdir ki, rəhbərlik edirsiniz. Deyə bilərik ki, bu, təkcə ölkənin lideri deyil, bu ölkənin kralısınız”, - Myanmanın baş naziri deyib.
Bizim.Media