“Alfred” tropik siklonu Avstraliyanın şərqindəki ən azı 20 min ev təhlükə altındadır.
Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, hakimiyyət orqanları “Alfred” tropik siklonunun Kvinslend və Yeni Cənubi Uels (NSW) ştatlarının şimal sahilinə doğru irəlilədiyini açıqlayıb.
Səlahiyyətlilər təkcə Kvinslend ştatının Brisben şəhərində 20 min evin fırtına dalğası və siklonun səbəbindən daşqın riski altında olduğunu bildirib.
Kvinslend ştatının baş naziri Deyvid Krisafulli vətəndaşları ayıq-sayıq olmağa çağırıb.
Krisafulli, əldə edilən bütün məlumatların tropik siklonun ciddi qəbul edilməsinin vacidbliyini qeyd edib:
“Hələ də bu sistemin miqyasını tam başa düşməyən bəzi sakinlər var və bu tamamilə başa düşüləndir. Çünki bu tip fəlakət Kvinslendin həmin hissəsində onilliklər ərzində baş verməyib”.
Meteorologiya Bürosu tropik siklonun Brisben şəhərindən 600 kilometr şərqdə yerləşdiyini bildirib.