EN

Unai Emeri: “Brügge” ilə oyun bizim üçün yaxşı bir çağırışdır”

“Aston Villa”nın baş məşqçisi Unai Emeri Çempionlar Liqasının 1/8 finalının “Brügge” ilə ilk oyunundan gözləntisini açıqlayıb.

Arena.az ispan mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikri təqdim edir:

“Mən hər oyunda, hər məqamda diqqət cəmləyirəm. Biz “Brügge”nin imkanlarına və ehtiyatına bələdik. Biz onların nə qədər rəqabətəqadir olduqlarını da bilirik. Bizim üçün bu, həqiqətən də yaxşı bir çağırışdır. Bizi qrup mərhələsində məğlub etmiş (0:1) bir komandaya qarşı oynayacağıq. Bu, həyəcanlandırıcı məqamdır”, deyə Unai Emeri vurğulayıb.

Xatırladaq ki, hakim “Brügge” – “Aston Villa” oyununun başlanğıc fitini martın 4-ü saat 21:45-də səsləndirəcək.

Chosen
38
arena.az

1Sources