EN

ABŞ Yəmənin Husi hərəkatını terror təşkilatı kimi tanıyıb

ABŞ hökuməti Yəmənin Ənsar Allah (Husi) hərəkatını rəsmən xarici terror təşkilatı kimi tanıyıb.

Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib .

“Dövlət Departamentinin Husilər olaraq adlandırılan Ənsar Allahı Xarici Terror Təşkilatı kimi təyin etdiyini məmnuniyyətlə elan edirəm” dedi.

Bundan əvvəl Yəmən husiləri İsrail ordusunun Qəzza zolağında əməliyyatları bərpa edəcəyi təqdirdə İsrailə hücum etməyə hazır olduqlarını bəyan etmişdilər.

DOĞRU.AZ

Chosen
46
dogru.az

1Sources