EN

Premyer Liqa: “Zirə”dən Tovuzda inamlı qələbə

Bu gün futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2024/2025 mövsümünün 25-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Tovuzda baş tutub.

“Turan Tovuz” doğma meydanda avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə” ilə üz-üzə gəlib. Tovuz şəhər stadionunda keçirilmiş qarşılaşmanı Elçin Məsiyev idarə edib. Hər iki komanda iki turdur ardıcıl qələbə qazanırdı və bu seriyanın davamını gətirmək arzusundaydı.

Bu oyun “Zirə”nin inamlı qələbəsiylə yekunlaşıb. Bu nəticədən sonra zirəlilər hazırda 48 xalla ikinci, tovuzlular isə 42 xalla dördüncü sırada qərarlaşıblar.

Premyer Liqa
25-ci tur
4 mart

“Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Qismət Alıyev, 5-pen. İssa Cibrilla, 56.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu, 17:30.

Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 10. Xəyal Nəcəfov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 6. Araş Qaderi, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 90. Joarlem Santos, 40. Kauan Martins, 29. Anton Kraçkovski.
Baş məşqçi: Kurban Berdıyev.

Zirə: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 5. Stefan Akka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 70. İssa Cibrilla, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

Chosen
58
3
arena.az

8Sources