EN

Bu ölkə Rusiyadan neft alışını dayandırıb

Rusiyadan Çex Respublikasına "Drujba" kəməri vasitəsilə neft nəqli tamamilə dayandırılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin "Dennik N" nəşri məlumat yayıb.

"Sənaye və ticarət naziri Lukaş Vlçek təsdiqləyib ki, Rusiyadan Çex Respublikasına neft tədarükü yenidən dayandırılıb. Onun sözlərinə görə, bu vəziyyət ölkə şirkətləri və vətəndaşları üçün heç bir çatışmazlıq yaratmayacaq," – deyə nəşr yazıb.

Məlumata görə, Çex Respublikası idxal etdiyi neftin 58%-ni məhz bu kəmər vasitəsilə alırdı. Sonuncu dəfə "Drujba" kəməri ilə tədarük 2024-cü ilin dekabrında dayandırılmışdı və o zaman Çexiya hökuməti bunu inzibati səbəblərlə əlaqələndirmişdi.

Chosen
79
azpolitika.info

1Sources