İranın cənubunda yerləşən Xuzistan əyalətinin Çamran şəhərində su təchizatı və kanalizasiya idarəsinə silahlı hücum nəticəsində iki nəfər ölüb.Ajans.az xəbər verir ki, məlumatı İSNA yayıb.
Bildirilib ki, öldürülənlərdən biri təhlükəsizlik xidmətinin, o biri isə qurumun hüquq bölməsinin rəisidir.
Məlumata görə, hücum edənlərin kimliyi bilinmir.
Araşdırma aparılır.