EN

Bu məktəbdə şagirdlərə şiddət göstərildiyi iddia olunur - İki müəllimin ədavəti, yoxsa həqiqət? VİDEO

Bakının Xətai rayonundakı 254 saylı tam orta məktəbin fiziki tərbiyə müəlliminin şagirdlərə dərs zamanı şiddət göstərdiyi iddia olunur.

Bununla bağlı “Xəzər Xəbər”ə videogörüntü göndərilib.

Xezerxeber.az-ın məlumatına görə, görüntüdən aydın olur ki, müəllim əlində taxta parçası ilə sinif otağının qarşısında gözləyir. Tənəffüsdən gec qayıdan  uşaqları əlindəki taxta parçası ilə vurur. Həmin görüntüdə şagirdləri vuran şəxsin fiziki tərbiyə müəllimi Səməndər Allahveridiyev olduğu iddia olunur. Videonu “Xəzər Xəbər”ə göndərən şəxs özünün də həmin məktəbdə fiziki tərbiyə müəllimi işlədiyini bildirib.

Dəfələrələ zəng etməmizə baxmayaraq, videonu göndərən müəllim Orxan Məmmədov müsahibə verməkdən imtina etdi. O, görüntülərdən hər şeyin aydın olduğunu dilə gətirdi.

Məktəbdə olarkən öyrəndik ki, Orxan Məmmədovla Səməndər Allahveridiyev arasında uzun illərdir bitməyən ədavət var. Hazırda hər iki müəllimin  münasibətləri məhkəmə müstəvisindədir. Bir sözlə, gözlədiyimiz 3 saat ərzində nə şikayətçi Orxan Məmmədovla, nə də onun müəllim həmkarı ilə görüşə bildik.

Eyni fəndən dərs deyən müəllimlərin dərsdəki davranışları barədə onların şagirdləri də danışıblar.

Bakı Şəhər üzrə Təhsil İdarəsindən  sorğumuza cavab olaraq bildirildi ki, məsələ araşdırılır. Araşdırma bitdikdən sonra ictimaiyyətə açıqlama təqdim olunacaq. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
33
xezerxeber.az

1Sources