EN

"Qarabağ"dan sabiq "Qarabağ"lıya BÖYÜK HÖRMƏTSİZLİK!

"Sumqayıt"ın qələbə həsrəti 11 görüşə çatdı.

Bu dəfə komanda doğma meydanda "Qarabağ"a məğlub oldu - 0:2.

Bu nəticədən sonra "kimyaçılar" 1 pillə də geriləyərək 8-ci pilləyə yuvarlandı.

Vaqif Cavadovun yetirmələrini sonuncu pillədə qərarlaşan "Səbail"dən cəmi 4 xal ayırır.

Bu məqama "Qarabağ"ın azarkeşləri də səssiz qalmayıb.

Fanatlar son dəqiqələrdə gənc məşqçinin ünvanına "Vaqif, Birinci Liqa səni gözləyir" şuarı səsləndirməklə yadda qaldılar.

Amma çalışdırıcı onlara heç bir reaksiya vermədi.

Maraq üçün bildirək ki, Cavadov futbolçu kimi 2007-2010 və 2012-2013-cü illər "köhlən atlar"ın formasını geyinib.

O, meydana çıxdığı 110 matçda 25 qolla yadda qalıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Chosen
13
2
sportinfo.az

10Sources