EN

Kurban Berdiyev: "Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır"

"Zirə" kimi komandalarla oyunda erkən qol buraxanda sonradan toparlanmaq çətin olur. Onların əsas ümidi əks-hücumlara idi. Dəyişikliklərdən sonra meydanın mərkəzini rəqibə vermiş olduq və ikinci qolu buraxdıq. "Zirə"ni layiqli qələbə münasibətilə təbrik edirəm.

İdman.biz xəbər verir ki, bunu "Turan Tovuz"un baş məqşçisi Kurban Berdiyev "Zirə" ilə matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Rusiyalı mütəxəssis Misli Premyer Liqasının 25-ci turunda doğma meydanda 0:2 hesablı məğlubiyyətdən sonra klubun hədəflərindən danışıb: "Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Yalnız bunu bacarsaq, mövsümü uğurlu saya bilərik. Müəyyən problemlər var. Bunları müzakirə edirik və aradan qaldırmağa çalışırıq. Ötürmələrlə bağlı problemi var. Bunun üzərində işləyirik. "Zirə" əks-hücumlarda təhlükəli olan komandadır. Elə ilk əks-hücumları da penalti və qolla nəticələndi".

İdman.biz

Chosen
3
1
idman.biz

7Sources